XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

28 Dekabr 2019 - 21:02

“Özümü kinoda aktyor kimi sınamaq istəyirəm”- Kriştianu Ronaldo

“Futbolçu karyeramı bitirəndə təhsilimi davam etdirmək istəyirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldo deyib.

Ulduz hücumçu futbolçu karyerasını bitirdikdən sonrakı planlarını açıqlayıb: “Təhsilə, öyrənməyə, araşdırmağa köklənmişəm. Çünki təəssüflər olsun ki, heç də həmişə yaranan suallara cavab verə bilmirəm. Bir məsələ də var ki, məni cəlb edir. Özümü kinoda aktyor kimi sınamaq istəyirəm”.

Qeyd edək ki, K.Ronaldonun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.