Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb. Bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək qardaş ölkələrimiz arasında mövcud hərbi əməkdaşlığın və snayper hazırlığı kursunun əhəmiyyətindən danışıblar.
Sonda məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub.