Venesuela Prezidenti Nikolas Maduro kolumbiyalı həmkarı İvan Dukeni ölkəsinin milli düşməni adlandırıb.
Müvafiq açıqlamanı Maduro Karakasda ordu nümayəndələri qarşısında çıxışı zamanı səsləndirib.
“Venesuelanın düşməni Kasa-de-Narinyo prezident iqamətgahında, Boqotadadır. Onun adı Kolumbiya Prezidenti İvan Dukedir. Ölkədəki vəziyyəti gərginləşdirmək üçün bütün hücumlar Kolumbiyada hazırlanmış, maliyyələşdirilmiş və Venesuelada dövlət çevrilişi həyata keçirmək üçün göndərilmişdir”, – deyə N.Maduro dövlət televiziyasında çıxışında bildirib.
Venesuela rəhbəri, həmçinin Kolumbiya ilə həmsərhəd olan ştatlarda hərbçiləri və xalq qüvvələrini “maksimum sayıqlığı və hazırlığı” qorumağa çağırıb. /APA