Meksikanın Quanaxuatoda ştatında yanacaqdoldurma məntəqəsinə edilən silahlı hücum nəticəsində 6 nəfər ölüb, beş nəfər isə güllə yarası alıb.
Xəsarət alan şəxslər müxtəlif xəstəxanalara yerləşdirilib.
Qeyd olunub ki, silahlılar bir neçə avtomobildə olub və yanacaqdoldurma məntəqəsindəki insanlara atəş açaraq hadisə yerini tərk ediblər.
Hücum yerli yarmarkanın yaxınlığında baş verib. /Report