XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 December 2019 - 13:15

Aydın Bəşirov Türkiyədə vəfat edib

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib.

Bu barədə  onun yaxınları məlumat verib.

A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişib. Mərhumun cənazəsinin bu gün axşam Bakıya gətiriləcəyi və sabah dəfn ediləcəyi gözlənilir.

Qeyd edək ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. O, 2013-cü ilin oktyabrın 22-dək bu vəzifədə işləyib.

A.Bəşirovun vəfatı barədə məlumatı ilk olaraq “BakıPost” saytı yayıb.

Allah rəhmət eləsin!