“Tezliklə beynəlxalq müşahidəçilər Dağlıq Qarabağ regionuna səfər etməyi planlaşdırır”.
Strateq.az bildirir ki, bu barədə Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlk “nyus.am” erməni saytına müsahibəsində bildirib.
Vaşinqtonda ötən həftə Ermənistan prezidenti Sərkisyanla apardığı danışıqların yekununa toxunan Uorlik bildirib ki, görüşdə Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.
“Biz həmişə ilk imkan düşən kimi Həm Sərkisyan, həm prezident Əliyev, həm də Dağlıq Qarabağın faktiki rəhbərliyi görüşrük”.
Uorlik bildirib ki, Ermənistan və Azərbaycan prezidentləri danışıqların intensivliyini arzulayırlar.
“Prezidentlərin görüş tarixi hələ müəyyən olunmayıb. Ancaq hər iki dövlət başçısı intensiv dialoqun başlanmasının arzulayırlar. Vasitəçilərin rolu normal danışıqlar prosesini hazırlamaqdır. Biz prezidentlərin görüşünü hazırlamaq üçün tezliklə regiona gələcəyik”.
Uorlik qeyd edib ki, bütün tərəflər problemin sülh yolu ilə həllini istəyir.
“Mən hesab edirəm ki, prezident Əliyev və Sərkisyan münaqişənin razılaşdırlmış həllinin tapılmasını arzulayır. Bu münaqişə artıq xeyli müddətdir davam edir və çoxlu insan həyatına son qoyub. Biz istəyirik buna son qoyulsun”.
X. SƏFƏROĞLU