XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

29 Dekabr 2019 - 16:00

“Trans yağlarla bağlı normativ hüquqi sənədlər hazırlanır” –AQTA sədri

“Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8% təşkil edir: “İstəyirik ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq, ölkədə trans yağlarının yuxarı həddini 2% edək. Bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır”.

Təhməzli qeyd edib ki, trans yağlarla bağlı müvafiq normativ hüquqi sənədlər hazırlanır: “Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq”.