XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 December 2019 - 10:41

35 xarici tələbə Tibb Universitetindən xaric edilib –Səbəb

Azərbaycan Tibb Universiteti (ATU) 35 əcnəbi tələbəni ali məktəbdən xaric edib.

Bu barədə ATU-dan bildirilib. Qərar Universitetin Rektoryanı Şurası tərəfindən çıxarılıb.

Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 2019\2020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.
Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər. (apa)