“2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri-meşə sahələrində ümumilikdə 1 mln 764 min 356 ağac əkilib”.
Bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində təşkil edilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev bildirib.
F. Əliyev deyib ki, 2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara ümumilikdə 1 322 649 müxtəlif cinsli ağac tingi paylanılıb. (apa)