XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 14:33

“Son bir həftədə 13 nəfər spirtli içkidən zəhərlənib, onlardan 4-ü ölüb” –AQTA sədri

“Son bir həftədə 8 içkidən zəhərlənmə faktı baş verib”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu hadisələr nəticəsində 13 nəfər zərərçəkən olub: ”Onlardan 4-ü ölüb, biri isə görmə qabiliyyətini itirib”.

AQTA sədri deyib ki, bayram günlərində ictimai iaşə obyektlərində müraciət və istehlak çox olur: “Yeni il bayramı ilə əlaqədar müxtəlif ictimai iaşə müəssisələrində hazırlıq gedir. Eyni zamanda ailələr də fərdi qaydada bayrama hazırlaşırlar. AQTA olaraq insanlara müraciət edərək bildiririk ki, bu günlərdə hər bir vətəndaş özü də qida istehlakına xüsusi nəzarət etsin”. (report)