XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 17:58

Bu il 200-dən çox hüquqşünas vəkilliyə qəbul olunub- Vəkil qurumlarının sayı 89-a çatıb

Son bir il ərzində isə regionlarda 10, ümumilikdə 19 yeni vəkil qurumu fəaliyyətə başlayıb. Bununla da vəkil qurumlarının sayı 89-a çatıb.

Bu barədə Vəkillər Kollegiyasının illik hesabatında bildirilib

Həmçinin Prezident İlham Əliyevin vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi vətəndaşların istifadəsinə verilib.

2019-cu il ərzində vəkilliyə qəbulla bağlı 3 yazılı test imtahanı elektronlaşdırılmış qaydada həyata keçirilib. Bu mərhələdən müvəffəqiyyətlə keçən namizədlərlə Vəkillərin İxtisas Komissiyası tərəfindən şifahi müsahibə mərhələsi keçirilməyə başlayıb və hazırda davam etməkdədir.

İl ərzində keçirilən imtahanlarının yekununda ölkədə fəaliyyət göstərən vəkillərin sayı 1503-dən 1708-dək artıb.

Prezidentin sərəncamında hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi ilə bağlı tövsiyənin icrası ilə bağlı olaraq, Bakı şəhərində fəaliyyət göstərən vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil edilib.

2019-cu il ərzində Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17 iclası keçirilib.

İclaslarda mütəmadi olaraq Rəyasət Heyəti tərəfindən həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr barədə məlumat verilib, o cümlədən Kollegiyanın cari fəaliyyəti ilə bağlı qərarlar, normativ sənədlər qəbul edilib.