XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 December 2019 - 18:02

Bu istiqamət üzrə avtobuslar səhərədək işləyəcək- Yeni il gecəsi

Yeni il gecəsi Sumqayıt, Xırdalan və Masazıra işləyən avtobuslar səhərədək fəaliyyət göstərəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın APA-ya verdiyi xəbərə görə, dekabrın 31-i gecə 23:00-dan yanvarın 1-i səhər saat 06:00-a qədər 501, 502, 503, 592, 596, 533, 553, 525 saylı hər marşrut xəttinə uyğun ehtiyata bir avtobus sərnişinlərə xidmət edəcək: “Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”.