XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2019 - 21:30

Naməlum sərnişin metroda qatar yoluna priotexniki vasitə atdı:qatarların hərəkətində 5 dəqiqəlik fasilə yaranıb

Bu gün saat 18:40 radələrində Bakı metrosunun “28 May” stansiyasında qatarların hərəkətində 5 dəqiqəlik fasilə yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, fasiləyə səbəb həmin stansiyada naməlum sərnişinin qatar yoluna pirotexniki vasitə atması olub:

“Naməlum sərnişin özüalışan və tüstü buraxan pirotexniki vasitəni üzü “İçərişəhər” stansiyası istiqamətinə gedən tunelə atıb. Partlayış səsi eşidildikdən sonra təlimata uyğun olaraq qatarların hərəkəti dayandırılıb.

Təxminən 5 dəqiqəlik fasilə yaranıb. Metroda heç bir tüstülənmə və yanğın olmayıb”. /Trend