XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2020 - 12:58

Uşaqlar üçün qadağan edilən informasiya məhsulları- Bu məsafədə yayılmasına yol verilməyəcək

Bu gündən etibarən uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilməyəcək.

APA-nın məlumatına görə, bu, “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanunun bu tələbi 1 yanvar 2020-ci ildən qüvvəyə minir.

Qanuna əsasən, təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılacaq.