XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

01 Yanvar 2020 - 14:46

Sabah hava necə olacaq?- PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  8-12° isti, Bakıda  gecə 4-6° isti, gündüz  10-12° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 762 mm  civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət  70-80 % olacaq.   

Yanvarın 2-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə  yağış, dağlıq ərazilərdə qar  yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Gündüz arabir güclənən qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 0-5° isti, gündüz  7-12°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  1-6° isti olacaq.