XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2020 - 12:47

“Pepsi” şirkəti Azərbaycanda cərimələnib –Məhkəmə qərarı

Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta tənzimi qaydalarının pozulmasına görə, “Mars Overseas Baku LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Pepsi”) 3052,5 avro (təxminən 5700 manat) məbləğində cərimələnməsi barədə protokol tərtib edib.

Binəqədi Rayon Məhkəməsi protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

Bu qərardan verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Mars Overseas Baku LTD” MMC 1999-cu ildən Azərbaycanda “Pepsi” və digər adlar altında sərinləşdirici içkilərin istehsalçısıdır.