XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2020 - 21:30

Qar şimaldan Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib –Yollarda sıxlıq müşahidə olunur

Qarlı hava şəraiti ölkənin şimal rayonlarından paytaxt Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib.

Qusar və Quba rayonlarından üzü Bakı istiqamətində avtomobillər yollarda qalıb. Hazırda paytaxta doğru gələn yolda sıxlıq müşahidə olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, ağır texnikalar yollara qum səpilməsi ilə məşğuldur.

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi sürücülərə yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən ölkədə yanvarın 2- si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozu verilmişdi. /Trend