XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2020 - 17:16

Ötən il Azərbaycan hansı ölkələrlə diplomatik münasibətlər qurub? –XİN

Ötən ildə Azərbaycan Respublikası ilə Tanzaniya Birləşmiş Respublikası, Barbados və Namibiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunikelər imzalanıb, həmçinin Monteneqro və Slovakiyanın Azərbaycanda səfirlikləri təsis edilib və Avstriyanın Zalsburq şəhərində Azərbaycanın fəxri konsulluğu fəaliyyətə başlayıb.

Bu haqda 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat buraxılışında xəbər verilir.

Qeyd edilib ki, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması və ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə Özbəkistan, Şimali Makedoniya Respublikası, Gürcüstan, Rusiya və Tacikistanla XİN-lərarası ikitərəfli konsulluq məsləhətləşmələri keçirilib.