XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 January 2020 - 18:49

“Azərbaycan yığmasındakı hər andan həzz aldım” –Nikola Yurçeviç

“AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə rəhbərik etdim. Bu, mənim üçün böyük mübarizə oldu”.

Bu fikirlər Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviçə məxsusdur.

AVRO-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışa görə vəzifəsindən kənarlaşdırılan xorvatiyalı feysbuk səhifəsində paylaşım edib. N.Yurçeviç yenə belə fürsət gözlədiyini gizlətməyib: “Yığmadakı hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstək verənlərə, AFFA-ya… İndi isə səbirsizliklə yeni fürsətləri gözləyirəm”.

Qeyd edək ki, N.Yurçeviçin rəhbərliyi altında keçirilən 8 seçmə oyunundan yeddisində uduzan millimiz yalnız bir heç-heçəyə nail olub. (Apasport.az)