XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2020 - 20:34

Hava limanı istiqamətində avtomobillər üçün sürət həddi endirilib

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, agentlik  hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və qarşı tərəfə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.