XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2020 - 09:40

ABŞ Yaxın Şərqə desant gəmisi və bir batalyon şəxsi heyət göndərəcək –ABŞ Hərbi Dəniz İnstitutu

İraqda İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ Hərbi Dəniz Qüvvələri Mərakeş Krallığı ilə nəzərdə tutulmuş birgə təlimləri ləğv edib.

Bu barədə ABŞ Hərbi Dəniz İnstitutu məlumat yayıb.

Məlumatda bildirilib ki, birgə təlimlərdə iştirak etməli olan desant gəmisi və hərbçilər Yaxın Şərqə gedəcək: “İranla gərginliyin artması fonunda ABŞ Hərbi Dəniz Qüvvələri Mərakeş silahlı qüvvələrilə nəzərdə tutulmuş təlimləri ləğv edərək, Bataan və 26-cı Dəniz Qoşunları Ekspedisiya Batalyonunu Yaxın Şərqə göndərir”.

Qeyd edilib ki, hərbi qüvvənin Yaxın Şərqə göndərilməsində məqsəd məlum hadisələrdən sonra regionda təhlükəsizliyi təmin etməkdir.

CNN isə Pentaqon nümayəndəsinə istinadən məlumat yayıb ki, general Süleymaninin qətlindən sonra ABŞ Yaxın Şərqə əlavə 3000 əsgər göndərəcək. /APA