XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2020 - 11:15

Kürdəmirdə avtomobil aşdı:xəsarət alan var

Kürdəmirdə xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə Ağsu-Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Abışov Elxan Tümərxan oğlu “Mercedes” markalı avtomobillə Zərdab istiqamətində hərəkətdə olarkən qəfil nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət alıb. Hadisəyə sürücünün sükan arxasında yuxulaması səbəb göstərilir.

Faktla bağlı araşdırma aparılır. /Report