XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2020 - 11:47

“Cavidan körpəlikdən “ürək qüsuru” xəstəliyindən əziyyət çəkirdi” –Ukraynada vəfat edən gəncin ailəsindən müraciət

Bugünlərdə Ukraynada qəflətən vəfat edən gənc Cavidan Abdullayevin ailə üzvləri media vasitəsi ilə ictimaiyyətə müraciət ünvanlayıb.

“AzPolitika.info”-ya daxil olan müraciəti olduğu kimi təqdim edirik: “Ailəmizdə çox böyük faciə baş verib, 23 yaşlı övladımız Cavidan Abdullayev qəflətən dünyasını dəyişib. Məlumat üçün bildirmək istəyirik ki, Cavidan qardaşı Murad və valideynləri ilə yeni ili qeyd etmək üçün Ukraynaya səfərə getmişdi. Cavidan hələ körpəlikdən “ürək qüsuru” xəstəliyindən əziyyət çəkirdi və mütəmadi olaraq müalicə alırdı. Vəfat edən zaman yanında qardaşı Murad və valideynləri olub.

İctimaiyyətin və mətbuat nümayəndələrinin nəzərinə çatdırmaq istəyirik ki, əsassız xəbərlərə meyilli olmasınlar. Cavidanın ailə üzvləri olaraq, hamınıza sağlam və xoşbəxt həyat arzulayırıq. Bütün yazarlara və jurnalistlərə bildirmək istəyirik ki, onlara və heç bir insana bu kədəri yaşamağı arzu etmirik. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin! Amma bizim balamız kimi çox cavan balaların rəhmətə getməsi olduqca faciəli və yaralayıcıdır”.