XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 January 2020 - 14:29

Gürcüstanın ötən il idxal etdiyi elektrik enerjisinin 68%-i Azərbaycanın payına düşüb –ESCO

Ötən il Gürcüstan 1623 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.

İllik müqayisədə qonşu ölkənin tədarük etdiyi elektrik enerjisinin həcmində 7,5% artım qeydə alınıb.

Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 68%-i Azərbaycan, 32%-i isə Rusiyanın payına düşüb.

2019-cu ildə Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi isə 243,4 milyon kilovatt/saat təşkil edib ki, bu da illik müqayisədə 58,7% azdır. İxracın böyük hissəsi 46% olmaqla Türkiyəyə yönəldilib. (Report)