XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2020 - 18:39

Gəncədə keçmiş məhkumdan “Makarov” tapançası götürülüb –DİN

Gəncədə keçmiş məhkumdan tapança götürülüb. 

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Gəncə şəhəri Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş B.Səmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.