XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2020 - 20:31

İranda ağır yol qəzası baş verib –4 Azərbaycan vətəndaşı ölüb

İranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd Azərbaycan vətəndaşı ölüb.

Ərdəbil əyalətinin yol polisi hadisənin Rəzi-Ərdəbil maqistral yolunda baş verdiyin bildirib. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.

Polisin bildirdiyinə görə, “Samand” və “Peugeot” markalı avtomobillərin toqquşması nəticəsində baş verən hadisədə xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Hadisənin baş verməsinə yolun sürüşkən olması səbəb olub.

Bildirilir ki, ölənlərin ikisi İrana müalicə məqsədi ilə gedən Biləsuvarın Çaylı kənd sakinləri, 1956-cı il təvəllüdlü Mürşüd Kərimov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Müşkünaz Kərimovadır.

Digər iki nəfərin şəxsiyyəti hələlik məlum deyil. (apa)