XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2020 - 11:46

Pentaqonun aparat rəhbəri istefaya gedəcək –Tarix açıqlandı

ABŞ Müdafiə Nazirliyinin aparat rəhbəri Erik Çuninq yanvar ayının sonunadək vəzifəsindən ayrılacaq.

Onu ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin əməkdaşı Cen Stüart əvəz edəcək.

Məlumata görə, təxminən, bir ildir aparat rəhbəri işləyən E.Çuninq özəl sektora keçəcək. Onu əvəz edəcək C.Stüart daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin keçmiş başçısı general Cozef Danfordun müşaviri kimi çalışıb.

Qeyd edək ki, son həftələrdə Pentaqondan bir çox yüksək vəzifəli əməkdaş – müdafiə nazirinin Hind-Sakit okeanı bölgəsində təhlükəsizlik üzrə köməkçisi Rendall Şriver, insan resursları qurumu üzrə rəhbər müavini vəzifəsini icra edən Cimmi Stüart, ABŞ Müdafiə Nazirliyinin Perspektivli Tədqiqat Proqramları Departamentinin (DARPA) direktoru Stiven Uoker ayrılıb. /REport