XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2020 - 12:44

Bakı-İstanbul təyyarəsi Ankarada enib –Sabiha Gökçen aeroportunda baş vermiş insidentə görə

İstanbulun Sabiha Gökçen aeroportunda baş vermiş insident səbəbindən sözügedən hava limanının bağlanması ilə əlaqədar “Buta Airways” aviaşirkətinin J2-9103 nömrəli Bakı-İstanbul reysində təyyarənin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.

Təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.

“Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək”, – deyə aviaşirkətin məlumatında bildirilir.

Qeyd edək ki, bu gün Sabiha Gökçen hava limanında Birləşmiş Ərəb Əmirliklərindən gələn təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxıb. Bununla əlaqədar Türkiyə vaxtı ilə saat 15:00-dək zolaq uçuş-enmə üçün bağlanılıb. /APA