XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2020 - 18:46

Putin Türkiyəyə gedir –Sabah "Türk axını" qaz kəmərinin açılışı olacaq

Rusiya Prezidenti Vladimir Putin yanvarın 8-də Türkiyəyə işgüzar səfərə gedəcək.

Kremlin mətbuat xidmətinin məlumatında bildirilir ki, Rusiya dövlət başçısı yanvarın 8-də İstanbulda “Türk axını” qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar keçiriləcək.

Danışıqlarda iki ölkə arasında əməkdaşlığın inkişafının gələcəyi və Suriya və Liviyadakı vəziyyət daxil olmaqla beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunacaq/APA.