XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 16:22

İnam Kərimov şöbə müdirini direktor təyin etdi –KTN-də dəyişiklik

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin edilib.

Bu, Faiq Xudayevdir.

O, indiyə qədər Mərkəzin şöbə müdiri olub və yeni vəzifəsində Cavanşir Təlaini əvəz edib.

Xatırladaq ki, F.Xudayev Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetini aqronomluq ixtisası üzrə bakalavr pilləsində fərqlənmə diplomu ilə bitirib, Əkinçilik Elmi-Tədqiqat İnstitutunda seleksiya və toxumçuluq ixtisası üzrə aspirantura pilləsində təhsil alıb, həmin institutunun bitki seleksiyası şöbəsində çalışıb. O, aqrar elmlər üzrə fəlsəfə doktorudur/Report.