XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 16:32

“Azercell” “Mobil Ödəmə” xidmətini istifadəyə verib

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti bu gündən etibarən “Mobil Ödəmə” xidməti fakturasız xətt (“SimSim”) abunəçilərinin istifadəsinə verdi.

Bunu “APA-Economics”ə şirkətdən deyiblər.

Yeni xidmət “PASHA Bank” və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ilə birgə təqdim olunub.

Xidmətin ilk mərhələsində “Azercell”in fakturasız xətt abunəçilərinin su, elektrik enerjisi, istilik kimi kommunal xidmətləri, eləcə də “e-İmza”, “AzDataCom”, “Catel” və “Azeronline” kimi rabitə xidmətləri üzrə ödəniş etmək imkanları olacaq.

Fakturasız xətt abunəçiləri bu xidmətdən “Azercell”in “Kabinetim” mobil əlavəsi vasitəsilə yararlana bilərlər. Bu xidməti aktivləşdirmək üçün abunəçi “Kabinetim” əlavəsində qeydiyyatdan keçərkən müvafiq şərtləri qəbul etmək üçün elektron müqavilə imzalamalıdır.

Qeyd edək ki, xidmətdən nömrənin balansında 3 manatdan artıq məbləğ olduğu halda istifadə etmək mümkündür. Birdəfəlik maksimal ödəniş isə 50 manat məbləğində müəyyən edilib. Minimal ödəniş həddi xidmət təchizatçısı tərəfindən müəyyən edilir. Eyni zamanda bir ay ərzində ödənişlərin ümumi həcmi 500 manatdan artıq olmamalıdır.