XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 January 2020 - 18:56

Bakıda zoomarketə basqın olub- Sahibi bıçaqlanıb

Bakıda xəstəxanaya yerləşdirilən kişinin hansı şəraitdə bıçaqlandığı məlum olub.

“Report” xəbər verir ki, xəsarət alan 67 yaşlı Hikmət Babayev Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən zoomarketin sahibidir.

Məlumata görə, marketə basqın edən naməlum şəxslər H.Babayevə bıçaqla xəsarət yetirərək oradan 14 min manat pul götürüblər və ərazidən uzaqlaşıblar.

Hadisəni törədən şəxslər axtarılır.