XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2020 - 14:20

Departament rəhbəri icraçı direktorun müavini oldu –Vüsal Qasımlıdan yeni təyinat

Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn bu Mərkəzdə icraçı direktorun müavini vəzifəsinə təyin olunub.

Mərkəzdən Strateq.az-a verilən məlumata görə, bu barədə əmri İİTKM-in icraçı direktoru Vüsal Qasımlı imzalayıb. Ramil Hüseyn bu vaxta qədər İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki R. Hüseyn Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2015-2016-cı illərdə qonaq professor kimi İngiltərənin Nyukasl Universitetində tədqiqat aparıb. Həmçinin FAO və Katoloniya Universitetinin birgə təşkil etdiyi dövlət proqramlarının təsirinin qiymətləndirilməsi üzrə proqramı bitirib. 2006-2016-cı illərdə Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda aparıcı elmi işçi və şöbə müdiri vəzifələrində işləyib. Eyni zamanda 2011-2016-ci illərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdə həyata keçirtdiyi müxtəlif layihələrdə milli məsləhətçi olub. Dövlət iqtisad Universitetində pedaqoq kimi fəaliyyət göstərib.