Türkiyənin İstanbul şəhərində müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat ediləcək.
Strateq.az xəbər verir ki, bu barədə O.Gülalıyevin oğlu Alı Gülalıyev sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, hüquq müdafiəçisinin durumunda müsbət gəlişmələr olmasına baxmayaraq, həkiminin etdiyi ağrıoyadıcıya O.Gülalıyev hələ ki, çox zəif cavab verdiyindən iki gün əvvəl MRİ ediblər: “Nəticəsinə görə beynində akut hidrosefali – kəskin surətdə su artması yaranıb. Bu səbəbdən, sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq”.