XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2020 - 20:12

Bakıda Qlobal Mühəndislik Simpoziumu keçiriləcək

2020–ci ilin 13-14 mart tarixlərində Azərbaycanda 2-ci dəfə Qlobal Mühəndislik Simpoziumu keçiriləcək. Bu barədə təşkilatçılar məlumat veriblər.

Məlumatda qeyd olunur ki, dünyanın müxtəlif ölkələrində yerləşən universitetlərdən çağırılacaq professorlar və xarici şirkətlərdən dəvət olunmuş mühəndislər 2 gün ərzində keçiriləcək tədbirdə çıxış edəcək, öz təcrübələrini tələbə və mühəndislər, iqtisadçılır və maliyyəçilərlə bölüşəcəklər. Hazırda Almaniya, Kanada, Yunanıstan, İrlandiya, Malaziya, İndoneziya, Niderland, Cənubi Afrika, Portuqaliya, İran, Brazilya və Hindistan kimi ölkələrdən, eyni zamanda yerli spikerlər dəvət olunub.

Layihənin adı: 2nd Global Engineering Symposium
Layih
ənin tarixi/müddəti: 13-14 Mart 2020-ci il
Layih
ənin yeri: STEP IT
T
əqribi iştirakçı sayı: 400 nəfər

Qeyd edək ki, “Horizon Education Agency’’ və Almaniyanın “Freiberg universiteti”nin dəstəyi ilə Azərbaycanda ötən ilin mart ayında ilk dəfə “First Global Engineering Symposium” keçirilib.

Tədbir 5 paneldən ibarət olub və hər paneldə 3 spiker çıxış edib. (Tədbirin foto və video görüntüləri iləhttp://horizoneducationagency.com/ saytından və eyni zamanda youtube kanalında https://www.youtube.com/channel/UCphfxI78VMEICKm_bI0kYqQ tanış olmaq mümkündür).

Mart ayının 16-sında baş tutan tədbirdə, Polşa, Yunanıstan, Türkiyə, Rusiya, Almaniya, Hindistan, Malaziya kimi ölkələrdən və eyni zamanda yerli professorlar və mühəndislər dəvət ediliblər.

Bu tədbirdə təqribən 250 tələbə və mühəndis iştirak edib. İştirakçılar təqdimatçıların təcrübələri ilə tanış olmaqla bərabər, onlarla birbaşa əlaqə yarada biliblər. Bundan əlavə, sponsorluq qismində müxtəlif mühəndislik sahəsində olan şirkətlərin nümayəndələri ilə birbaşa görüşüb, gələcək kariyeraları barədə məlumatlar əldə edə bilblər. Tədbirdən sonra simpozium barədə yerli və xarici ölkələrin xəbər portallarında və eyni zamanda Freiberg universitetinin rəsmi saytında geniş məlumatlar verilib. (https://tu-freiberg.de/en/presse/international-engineering-symposium-in-azerbaijan )

Tədbirdə iştirak etmək üçün qeydiyyat linki:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeOAXXkesOnUDf1GekPfN02219-iiSooV0NlIdIe9rlzHoO7g/viewform?fbclid=IwAR1YuPchGUZEDuKJwL91xu62J6Zv4yGeLjMYRDkidHUpqodGqheOv47-A2Q

Tədbirlər bağlı Eventə bu link vasitəsi ilə qoşulmaq olar:

https://www.facebook.com/events/s/2nd-global-engineering-symposi/1153457444825583/

(azpolitika.info)