XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2020 - 09:00

Bakıda yaşayış binasında yanğın olub –3 nəfər ölüb

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.