XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

10 Yanvar 2020 - 14:56

38 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar nağdsız ödənişə keçir –BNA

Müntəzəm marşrut xətləri üzrə avtobusların “Bakı Kart” sisteminə inteqrasiyası davam edir. Bu çərçivədə yanvarın 12-dən etibarən 38 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “Bakı Kart” vasitəsilə ödəniləcək.

Bu barədə Bakı Nəqliyyat Agenliyindən (BNA) bildirilib.

Əhalinin vaxtında məlumatlandırılması məqsədilə, 38 nömrəli marşrut xətti üzrə avtobuslarda elanlar vurulub.

Məlumat üçün bildiririk ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Eyni zamanda qeyd edirik ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.