XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2020 - 19:06

Naxçıvan Ali Məclisinə yeni şöbə müdiri təyin edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı sərəncama əsasən, bu vəzifəyə Gözəl Şahməmmədova təyin edilib.

Qeyd edək ki, G. Şahməmmədova bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.