XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2020 - 20:08

Azərbaycanın yeni torpaq xəritəsi hazırlanıb –- İnstitut direktoru

Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ilk dəfə coğrafi informasiya sistemi əsasında Azərbaycanın 1:100.000 miqyasında torpaq xəritəsi tərtib edilib.

Bunu Trend-ə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, torpaq zonaları tərtib edilərkən bütün məzmun elementlərin (relyef, hidroqrafiya, yaşayış məntəqələri, yol şəbəkəsi, sərhəd və xətti obyektlər və.s) müasir vəziyyəti əks etdirilib. Hər bir torpaq-landşaft zonasına daxil olan torpaq taksonomik vahidləri sistemləşdirilib və torpaq-ekoloji vəziyyəti əks etdirən 27 parametr üzrə münbitlik və mühit amillərinin göstəriciləri atributiv məlumatlar şəklində metaverilənlər formatında toplanıb.

Ə.Quliyev əlavə edib ki, elektron platforma üzərində tərtib olunmuş 1:100 000 miqyasında interaktiv torpaq zonaları xəritəsi respublikamızın torpaq resurslarının tədqiqi, mühafizəsi və istifadənin optimallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.