XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

10 Yanvar 2020 - 20:32

Oqtay Gülalıyev yenidən əməliyyat olunub

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunub.

Bu barədə Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev məlumat verib.

“Əməliyyat təxminən üç saatdan çox çəkdi. Həkim Mehdi Sasaninin bildirdiyinə görə, əməliyyat uğurlu keçib. Başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir”, – o deyib.

Qeyd edək ki,İstanbulun Amerikan Xəstəxanasında Oqtay Gulalıyevin üzərində aparılan təkrar müayinələr zamanı onun beynində kəskin maye yığılması aşkarlanıb. Həkimlərin tövsiyəsi və ailəsinin razılığı ilə Oqtay Gülalıyev əməliyyat olunub.