XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2020 - 09:30

Tramp “Twitter”də farsca paylaşım edib –İrandakı etirazçılara dəstək üçün

ABŞ Prezidenti Donald Tramp İranda rejim əleyhinə etiraz edən aksiya iştirakçılarına fars dilində dəstək verib.

Bu barədə özünün “Twitter”dəki mikrobloqunda paylaşım edib.

“Uzun müddətdir əziyyət çəkən, amma cəsur iranlılar: Prezidentliyimin əvvəlindən bəri sizinləyəm və rəhbərliyim sizinlə birlikdə olmağa davam edəcək. Biz sizin etirazınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilham alırıq”, deyə Tramp İranın rəsmi dilində yazıb.

ABŞ prezidentinin fikrincə, İran hakimiyyəti insan haqları qruplarına ölkədəki etirazları yerində izləməyə və məlumatlar çatdırmağa imkan verməlidir”: “Dinc nümayişçilərə qarşı nə başqa bir qırğın ola bilər, nə də internet kəsintisi. Dünya görür”. /APA