XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2020 - 10:47

Gürcüstan DİN məlumat yaydı –Tbilisidə baş verən silahlı insidentlə bağlı

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə, “Basiani” klubunda baş verən insidentlə bağlı məlumat yayıb. Hadisəni törədən şəxs “isti izlər”lə saxlanılıb.

Məlumata əsasən, həmin şəxs klubun girəcəyində atəş açaraq 3 nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Yaralıların həyatı təhlükədə deyil.

Saxlanılan şəxsin üzərindən odlu silah, 6 bıçaq və 23 patron götürülüb. Onu 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. /Report