XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2020 - 11:52

Gürcüstanlı nazirdən Paşinyanın absurd fikrinə sərt reaksiya:"Paşinyan elementar məsələləri bilmir"

Nikol Paşinyanın Ermənistanın iqtisadi göstəricilərə görə Gürcüstan və Azərbaycanı keçməsi barədə absurd fikri faktiki olaraq beynəlxalq qalmaqala gətirib çıxarıb.

Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnava bildirib ki, N.Paşinyan elementar məsələləri bilmir və iqtisadi göstəricilərin necə hesablandığını başa düşmür.

Nazir vurğulayıb ki, Nikol Paşinyanın bu məsələni öyrənməsi məqsədəuyğun olar:

“Gürcüstanda statistika xidməti 2019-cu ilin noyabrından ÜDM-in hesablanmasının yeni üsulunu tətbiq edib və bu, hələlik Beynəlxalq Valyuta Fondunun və digər maliyyə təşkilatlarının hesabatlarında öz əksini tapmayıb. Regionumuzun ölkələri – Azərbaycan, Ukrayna və Moldova da əlavə dəyər vergisinin hesablanmasının yeni üsulunu tətbiq edib. BVF-nin növbəti hesabatında əks olunacaq”. /Trend