XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2020 - 13:28

Əfqanıstanda əməliyyat:“Taliban” liderlərindən biri öldürüldü

Əfqanıstanda “Taliban” liderlərindən biri öldürülüb.

Bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Ölkənin Müdаfiə Nаzirliyindən bildirilib ki, hadisə Əfqanıstanın şimalında baş verib. Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində “Taliban” silahlılarının liderlərindən olan Mahibulla məhv edilib.

Əfqanıstanın Müdafiə Nazirliyindən verilən məlumata görə, o, Pakistan vətəndaşıdır.

Müdafiə Nazirliyi Qunduz əyalətində keçirilən xüsusi əməliyyatın təfərrüatını açıqlamayıb. /Report