XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2020 - 16:47

İran Ukraynayla danışıqlar aparacaq –Təyyarədə həlak olanların ailələrinə kompensasiya ödəniləcək

“Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsinin İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən qanadlı raketlə vurulması ilə əlaqədar həlak olanların ailələrinə veriləcək kompensasiyanın məbləği Ukrayna və İran tərəfləri arasında razılaşmadan asılı olacaq.

Bunu İran Mülki Aviasiya Təşkilatının Aviaqəzaların istintaqı üzrə bölməsinin rəhbəri Hasan Rezaifar bildirib.

Rezaifar deyib ki, həmin “Boeing 737-800”Ukrayna şirkətlərindən biri tərəfindən sığortalanıb, ancaq bu sığorta pilotun səhvi nəticəsində baş verən qəzaları əhatə edir. İndiki halda isə qəza pilotun səhvindən baş verməyib: “Ona görə də hazırkı vəziyyətdə kompensasiya ödənişinin bütün aspektlərinin müəyyənləşdirilməsi üçün danışıqlar aparılmalıdır”.

Xatırladaq ki, yanvarın 8-də Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən vurulub. Nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olub. /APA