XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2020 - 16:31

“Astana” Qriqorçukla yollarını ayırıb –RƏSMİ

Qazaxıstanın “Astana” klubu əsas komandanın baş məşqçisi Roman Qriqorçukla yollarını ayırıb.

Klubun rəsmi saytı xəbər verir ki, 55 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Qeyd edək ki, Roman Qriqorçuk 2018-ci ilin yayından “Astana”nın baş məşqçisidir. 2015 – 2018-ci illərdə “Qəbələ”də işləyən ukraynalı məşqçi ardıcıl iki dəfə (2015/2016, 2016/2017 mövsümlərində) Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. (report)