XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2020 - 13:05

İran vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunu Fransaya göndərib –Açıqlama

İran hökuməti Tehran yaxınlığında vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunu açılması üçün Fransaya göndərib.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn Esmaili məlumat verib.

Xatırladaq ki, Tehrandan Kiyevə uçan “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin hamısı ölüb.

Sonradan təyyarənin səhvən İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu məlum olub/Report.