NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində görüş keçirilib.
Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Brüsseldə NATO-nun mənzil qərargahında keçirilən görüşə Azərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da qatılıb.
Görüşdə Baş Qərargah rəisləri Əfqanıstanda təhlükəsizlik şəraiti, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının gedişatı və əməliyyat şəraitində dəyişikliklər, habelə Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçirilməsi üçün əsas səylər nəzərdən keçirilib.