XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2020 - 18:43

Səfirlik:“Pakistanın Ermənistanla bağlı mövqeyində dəyişiklik yoxdur”

“Pakistanın Ermənistanla bağlı mövqeyində dəyişiklik yoxdur”.

Bu barədə Azərbaycan mediasında Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmaq niyyətində olmasından bəhs edən yazıya cavab olaraq Pakistanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib.

“2020-ci il yanvarın 10-da Azərbaycan yerli xəbər saytında Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmasını nəzərdən keçirdiyini iddia edən xəbər dərc olunub. Səfirlik Pakistanın Ermənistanı dövlət kimi tanıması ilə bağlı mövqeyində dəyişiklik olmadığını bəyan edir və əsassız olduğu üçün bu xəbəri təkzib edir”, – deyə açıqlamada qeyd olunub/APA.