XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 22:30

“AnadoluJet” İstanbuldan Bakıya aviareyslərə başlayacaq

“AnadoluJet” aviaşirkəti İstanbuldan Bakıya aviareyslərə başlayacaq.

Azərtac Anadolu Agentliyinə istinadla xəbər verir ki, “AnadoluJet” martın 29-dan İstanbulun Sabiha Gökçen aeroportundan 28 istiqamətdə uçuşlara başlayacaq.

Bu istiqamətlər arasında Bakı, Dubay, Bağdad, Bəhreyn, Küveyt, Tehran, Barselona, Amsterdam, Paris, Roma, Vyana, London, Milan, Berlin, Tbilisi, Mədinə və başqaları var. Yeni istiqamətlər üzrə biletlər artıq satışdadır.